Almaniya

Azarkeşlər meydanı fişəng atəşinə tutdu – VİDEO

Almaniyanın İkinci Bundesliqasında “Paderborn” – “Hansa Rostok” (3:0) matçı hər iki komandanın azarkeşlərinin təşkil etdiyi etirazlara görə bir neçə dəfə dayandırılıb.

Aut.az xəbər verir ki, Matçın 1-ci dəqiqəsindən 12-ci dəqiqəsinə kimi fanatlar cəsarətlə susublar və bununla da Almaniya Futbol Assosiasiyasının yerli futbolun nümayişi üçün yayım hüquqlarının bir hissəsini özəl investisiya şirkətlərinə satmaq qərarına etirazlarını bildiriblər.

Matçın 12-ci dəqiqəsində azarkeşlər meydanına fişəng atmağa başlayıblar. Bundan sonra oyun davam etdirilsə də, 56-cı dəqiqədə “Hansa” azarkeşləri yenidən pirotexniki vasitələrdən istifadə etməyə başladığı üçün matçda yenidən fasilə elan edilib.

Azarkeşlərin bu davranışına baxmayaraq, matç sonadək oynanılıb.