“Siti” 92 il sonra bunu bacardı
“Mançester Siti” İngiltərə Kubokunun üçüncü mərhələsi matçında evdə üçüncü divizion klubu “Salford”u 8:0 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, “şəhərlilər” 1933-cü ilin yanvarından bəri ilk dəfə İngiltərə Kuboku matçında 8 qol vurub. Bu barədə “Opta” məlumat yayıb.
92 il əvvəl eyni gün “Siti” “Qeytshed”ə 9:0 hesabı ilə qalib gəlib.
Aut.az
