Türkiyəİngiltərə

“Fənərbağça”dan gözlənilməz həmlə: “Qalatasaray”ın istədiyi ulduz futbolçunu…

“Mançester Siti”nin qapıçısı Ederson karyerasını Türkiyədə davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabriysio Romano məlumat yayıb.

“Fənərbağça” onun transferi üzərində aktiv şəkildə işləyir.

Buna qədər isə İstanbul klubunun əzəli rəqibi “Qalatasaray” 32 yaşlı braziliyalını almağa cəhd göstərmiş, lakin 10 milyon avroluq təklif “Siti” tərəfindən rədd edilmişdi.

dersonun ayrılması halında, İngiltərə klubu yeni birinci nömrəni transfer etməyi planlaşdırır. “Şəhərlilər”in əsas hədəfi PSJ qapıçısı Canluici Donnarumma hesab olunur.

Edersonun “Siti” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Daha əvvəl onunla Səudiyyə Ərəbistanı klublarının da maraqlandığı bildirilmişdi.

Aut.az