“Qarabağ”ın rəqibi ukraynalı ulduzu aldı: Şərtlər
Georgi Sudakov 27 milyon avro və bonuslar qarşılığında “Şaxtyor”dan “Benfika”ya keçib.
Aut.az xəbər verir ki, Portuqaliya klubu Ukrayna millisinin 22 yaşlı yarımmüdafiəçisini məcburi satınalma şərti ilə icarəyə götürdüyünü açıqlayıb.
“Qartallar” oyunçunun icarəsi üçün 6,75 milyon avro ödəyəcək, tam transfer isə onlara 20,25 milyon avro + 5 milyon bonusa başa gələcək.
Ukrayna klubu futbolçunun yenidən satış məbləğinin 25%-ni də ala bilər – “Benfika” “Şaxtyor”a əlavə 6 milyon avro ödəsə , bu pay 15%-ə qədər azalacaq.
Qeyd edək ki, “Benfika” ÇL-in əsas mərhələsində “Qarabağ”ın rəqibidir.
Aut.az
