Pep onunla bağlı söz-söhbətə son qoydu: Mənə dedilər ki…
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bildirib ki, belçikalı yarımmüdafiəçisi Kevin De Bruyneni transfer etmək üçün heç bir təklif almayıblar.
Aut.az xəbər verir ki, Xosep Qvardiodanın sözlərini “City Xtra” sitat gətirib.
“Xeyr, mən onunla birbaşa danışmamışam, amma klub mənə heç bir təklifin olmadığını bildirdi. Birinin getməsi üçün ilk öncə təklif almalısınız. Nə olacağını bilmirəm, amma əlbəttə ki, Kevinin qalmasını istərdim”, – deyə Qvardiola bildirib.
Xatırladaq ki, bundan əvvəl Kevin De Bruynenin Səudiyyə Ərəbistanının “Əl-İttihad”ına keçməyə razı olduğu bildirilirdi. Belçikalı yarımmüdafiəçi 2015-ci ildən “Siti”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 382 matçda iştirak edib, 102 qol vurub, 170 məhsuldar ötürmə edib.
Aut.az
