Karyerasını aşağı divizionda başlayan 10 əfsanə
İngiltərənin “FourFourTwo” nəşri karyerasını aşağı divizionlarda başlamış əfsanəvi futbolçuların reytinq siyahısını tərtib edib.
Aut.az xəbər verir ki, siyahıya “Bavariya”nın və Almaniya yığmasının əfsanəvi keçmiş hücumçusu Gerd Müller başçılıq edir.
Müller ilk dəfə Almaniyanın beşinci divizionunun “TSV 1861” klubunda debüt edib.
Reyestrdə ikinci yeri italiyalı Roberto Bacco tutur. İlk üçlüyü isə ingilis Kevin Kiqan tamamlayıb.
1.Gerd Müller – “TSV 1861”, Almaniyanın 5-ci diviziyonu;
2.Roberto Baccio – “Viçentsa”, İtaliyanın 3-cü divizionu;
3.Kevin Kiqan – “Skuntorp Yunayted”, İngiltərənin 4-cü divizionu;
4.Robert Levandovski – “Delta”, Polşanın 4-cü divizionu;
5.Alessandro Del Pyero – “Padova”, İtaliyanın 2-ci divizionu;
6.Qaret Beyl – “Sauthempton”, İngiltərənin 2-ci divizionu;
7.Qordon Benks – “Çesterfild”, İngiltərənin 3-cü divizionu;
8.Raymond Kopa – “Anje”, Fransanın 2-ci divizionu;
9.David Villa – “Sportinq Xixon”, İspaniyanın 2-ci divizionu;
10.Xristo Stoiçkov – “Maritsa”, Bolqarıstanın 2-ci divizionu.
Aut.az
