Kateqoriyasız

Türklərlə təbrizlilərin sözü çəp gəldi, oyun baş tutmad

Türkiyədə “Adanaspor” və “Traktorsazi” arasında keçirilməli olan yoxlama görüşü baş tutmayıb.

Aut.az xəbər verir ki, buna səbəb klub rəsmiləri arasında anlaşılmazlıq olub. Bu barədə sosial şəbəkələrdə məlumat verilib.

Belə ki, hər iki komanda meydana ənənəvi qırmızı rəngli formada çıxmaq istəyib. Tərəflərin heç biri digərinə güzəştə getməyib. Buna görə də Adana təmsilçisi ilə Təbriz klubunun dueli baş tutmayıb.