“Bavariya”nın klub rekordu təkrarlandı
Almaniya Bundesliqasının 3-cü turunda “Bavariya” öz meydanında “Hamburq” üzərində 5:0 hesablı qələbə qazanıb.
Aut.az xəbər verir ki, yeni transfer Luis Dias çempionatda ilk üç matçında – “Leypsiq”, “Ausburg” və “Hamburq” qarşısında qol vuraraq klub rekordunu təkrarlayıb.
Bu rekord əvvəllər Rucjero Ritsitelli (1996), Luka Toni (2007) və Mario Mandjukic (2012) tərəfindən müəyyən edilmişdi.
Aut.az
