Kateqoriyasız

Messi bunu bacaran ilk futbolçu oldu

Argentina millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Boliviya yığmasını qəbul edib və 6:0 hesablı qələbə qazanıb.

Aut.az xəbər verir ki, Görüşün əsas qəhrəmanı olan “Albiseleste”nin hücumçusu Lionel Messi het-trik və 2 məhsuldar ötürmə müəllifi olub.

“MisterChip”in məlumatına görə, Messi Cənubi Amerika zonasında Dünya Çempionatının seçmə mərhələsində 3 het-trik edən ilk oyunçu olub.

O, bunlardan ikisini Boliviyaya, birini isə Ekvadora qarşı görüşlərdə edib.

Aut.az