Fati razılaşdı – Bu kluba keçir
Ansu Fati Fransa çempionatına keçməyə hazırdır.
Aut.az xəbər verir ki, insayder Fabritsio Romanonun dediyinə görə, cinah oyunçusu “Monako” ilə razılaşıb. Qeyd olunur ki, o, yanvarda beşdən çox klubdan gələn təklifi rədd edib.
“Barselona” və “Monako” 22 yaşlı futbolçunun satın alma opsiyonu ilə icarəyə verilməsi üçün razılığa yaxınlaşır .
Fati bu mövsüm La Liqada 6 oyun keçirib.
Aut.az
