Görün atası hansı döyüşü arzulayır
Ağır çəkidə WBC çempionu Tayson Fyurinin atası Con Fyuri oğlunun ağır çəkidə UFC çempionu Con Consla döyüşməsini görmək istədiyini bildirib.
Aut.az xəbər verir ki, o, bu döyüşün mütləq MMA qaydalarına uyğun baş tutmasını istəyir.
“Mən Con Consla döyüş görmək istəyirəm. Onların boks matçına baxmaq istəmirəm, ikisini də kral döyüşündə görmək istəyirəm. Bu, ən güclüləri üzə çıxaracaq. Təbii, bu mənim planımdır, amma Taysonun yerinə danışa bilmərəm.
Bu, böyük bir hadisə olardı. Qoy bütün dünya bilsin ki, təkcə boksda deyil, ümumilikdə əsl çempion kimdir. Tayson bunu edə bilər”, – Con Fyuri deyib.
Aut.az
