İngiltərə

“Siti” ona göz dikib

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa “Mançester Siti”nin maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, hətta bu həftə klublar arasında futbolçunun mümkün transferiylə bağlı ilkin danışıqlar aparılıb. Müzakirələrin “Siti” üçün asan keçmədiyi iddia olunur.

Braziliyalı futbolçu ötən mövsüm londonluların heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 5 qol və 7 məhsuldar ötürmə edib.