Onun gəlişi ilə bunun dövrü bitib
“Bavariya”nın hücumçusu Erik Şupo-Motinq qış transfer pəncərəsində komandanı tərk edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Kicker” məlumat yayıb. Mənbənin sözlərinə görə, 34 yaşlı hücumçunun komandada rolu azalıb, baxmayaraq ki, ona hələ də dəyər verilir.
Harri Keyn bu mövsüm əsas hücumçuya çevrilib. Onun əvəzedicisi kimi 18 yaşlı Matas Tel nəzərdə tutulur.
Şupo-Motinq “Bavariya”ya 2020-ci ilin oktyabrında azad agent kimi keçib. Hücumçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” kamerunlunu 5 milyon avro dəyərində qiymətləndirir.
Bu mövsüm futbolçu bütün yarışlarda doqquz oyun keçirib və iki qol vurub.
Aut.az
