Azərbaycan futbolu

Tovuz stadionu “işığa” çıxdı

Tovuz şəhər stadionunda işıqlandırma sisteminin quraşdırılması başa çatıb.

Aut.az xəbər verir ki, məlumatı “Turan Tovuz”un mətbuat xidməti yayıb.

Müasir standartlara cavab verən sistemin son sınaqlardan uğurla keçdiyi bildirilib. Azərbaycan Premyer Liqasının X turunun “Turan Tovuz” – “Qarabağ” oyunu süni işıqlandırma ilə keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, daha öncə “Kəpəz”in də ev oyunlarına Tovuzda çıxacağı bəlli olub. Ancaq Gəncə təmsilçisi xərclərini artırmamaq üçün ev oyunlarını daha erkən saatlarda keçirəcək.