Almaniya

“Bavariya”da müəmma: Yeni müqavilə təklifini rədd etdi

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala klubu ilə müqaviləni yeniləməkdən imtina edib.

Aut.az xəbər verir ki, Münhen klubunun rəhbərliyi 21 yaşlı futbolçuya təkmilləşdirilmiş şərtlərlə yeni müqavilə təklif etsə də, futbolçu bundan imtina edib. Almaniya mətbuatı iddia edir ki, hazırda gənc istedad uğrunda “Mançester Siti” və “Liverpul” mübarizə aparır. Buna görə də yeni sözləşmə təklifini qəbul etmir.

Futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” oyunçunu 110 milyon avro olaraq qiymətləndirir.