Almaniya

Məşqçinin qeydi olan kağızı görün harasında meydana apardı – FOTO

“Bavariya” Bundesliqanın yeni mövsümünə səfərdə “Volfsburq” üzərində qələbə ilə başlayıb – 3:2.

Aut.az xəbər verir ki, münhenlilərin baş məşqçisi Vinsent Kompani oyunun 65-ci dəqiqəsində Tomas Mülleri meydana buraxarkən futbolçudan Coşua Kimmixə taktiki göstəriş olan qeydi ötürməsini istəyib.

Müller qeydi alt paltarında sahəyə aparıb. Oyundan sonra Kimmix baş verənləri belə şərh edib:

“Məşqçi bəzi şeyləri dəyişmək istəyirdi. Amma Tomasın o kağız parçasını hara qoyduğunu gördünüzmü? Mən ona toxunmaq istəmirdim”.

Məşqçinin qeydi olan kağızı görün harasında meydana apardı – FOTO

Aut.az