“Bayer”də 5 illik müqavilə
“Bayer Leverkuzen”in və Ekvador millisinin müdafiəçisi Pyero İnkapi klubu ilə müqaviləsini uzadıb.
Aut.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan yeni əmək müqaviləsi imzalanıb. Bu barədə “asprinlər”in mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, cari Bundesliqa mövsümündə İnkapi 15 matçda iştirak edib və 1 qol vurub.
