Yeni mövsümdən baş məşqçi o olacaq: Rəsmən açıqlandı
Serxio Fransisko “Real Sosyedad”ın növbəti baş məşqçisi olacaq.
Aut.az xəbər verir ki, bu barədə Bask klubunun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssis 2017-ci ildən “Real Sosyedad” sistemində çalışır. O, “Real Sosyedad”ın ikinci və üçüncü komandalarına rəhbərlik edib.
Qeyd edək ki, aprelin 24-də klub 2018-ci ildən əsas komandaya rəhbərlik edən baş məşqçi İmanol Alquasilun cari mövsümün sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb. Serxio Fransisko yayda məhz onu əvəzləyəcək.
“Ağ-göylər” hazırda İspaniya La Liqasının turnir cədvəlində 10-cu yerdə qərarlaşıb və Avropa yarışlarına vəsiqə qazanmaq şansını saxlayır.
Aut.az
