“Barsa”nın veteranı təklif almayıb: Amma narahat deyil
“Barselona”nın 33 yaşlı müdafiəçisi İniqo Martines Kataloniya klubu ilə müqaviləsinin başa çatmasına münasibət bildirib.
“Artıq elə bir yaşdayam ki, belə məsələlərə qapanmıram. Mən sadəcə futbol oynayıram. Mənim müqaviləm iyunda başa çatır: uzadsam, əla olar. Əks halda gözəl xatirələr qalacaq.
“Barselona”da iki gözəl mövsüm keçirdim və bundan sonra da hər matçda meydanda hər şeyimi verməyə hazıram.
Yeni müqavilənin olub-olmayacağı məni narahat etmir. Əsas odur ki, meydançaya çıxıb oyundan həzz alın”, – deyə Martines bildirib.
Bu mövsüm müdafiəçi kataloniyalıların heyətində 13 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
Aut.az
