İspaniya

“Barselona” Afrika Millətlər Kubokunda onu izləyir

“Barselona” Afrika Millətlər Kubokunda Kamerun hücumçusu Etta Eyonqun çıxışlarını yaxından izləyir.

Aut.az “Sport” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı forvard yay transfer pəncərəsi öncəsi Kataloniya klubunun diqqət mərkəzindədir.

“Barsa” turniri Eyongu ilk böyük beynəlxalq yarışında qiymətləndirmək üçün fürsət kimi istifadə edirlər. Eyong artıq debüt oyununda qol vuraraq Kameruna Qabon üzərində layiqli qələbə qazandırıb.

“Barselona” Eyonqu aylardır izləyir. Klub mövsüm əvvəlində transferi araşdırsa da, maaş məhdudiyyətləri maliyyə baxımından əlverişli bir razılaşmaya imkan verməyib. Bundan sonra Eyongun qiyməti artıb, amma katalonların marağı hələ də qalır.

Eyonq sürətlə yüksələrək Afrika futbolunun ən perspektivli hücumçularından birinə çevrilib. Onun La Liqadakı çıxışları diqqətdən yayınmayıb.

Eyonq açıq şəkildə “Barselona”ya heyranlığını və kluba qoşulmaq istəyini ifadə edib. Ötən yay katalonların marağını öyrəndikdən sonra “Levante”yə keçməzdən əvvəl son mərhələlərə qədər gözləyib və La Liqada müntəzəm oyun vaxtını prioritet edib ki, inkişafını davam etdirə bilsin.

Aut.az