Federasiya prezidenti etiraf etdi: gizlətməyin mənası yoxdur
Braziliya Futbol Federasiyasının prezidenti Ednaldo Rodriges “Real”ın baş məşqçisi Karlo Ançelottini milli komandaya dəvət etməyi planlaşdırdığını açıqlayıb.
“Əslində yığmanı hansı məşqçinin çalışdıracağını mayın sonuna qədər demək istərdim. Çünki iyunda iki oyunumuz var. Amma eyni zamanda La Liqanın finişi, 10 iyunda Çempionlar Liqasının finalı olacaq. Ona görə yox ki, Ançelotti bizdən təklif alıb, onunla danışıq aparmışıq. Ona görə ki, onun bizimlə işləmək istəyinin olub-olmadığı vacibdir. Mənim üçün əsas seçim məhz budur.
İlk dəfədir ki, bu barədə çox açıq danışıram, artıq gizlətməyin mənası yoxdur”, – deyə Rodriqesin sözlərini “O Jogo” sitat gətirib.
Aut.az
