Pikedən qalmaqallı açıqlama: “Real” bunu heç vaxt bacarmayacaq
“Barselona”nın keçmiş mərkəz müdafiəçisi Jerar Pike “mavi qranatlılar”ın əzəli rəqibi “Real Madrid”ə münasibətindən danışıb.
Aut.az xəbər verir ki, – deyə Pike bu barədə COPE-yə açıqlamasında deyib.
“İspaniyadakı bütün qəzetlər “Real”ı sevir və “Barselona” da “belə də, pis deyil” kimidir. Bəzən elə olur ki, o, ölkənin bir hissəsi olmur. “Barselona”nın futbol oynama tərzi bütün dünya üçün nümunədir, çünki qalib gələndə bunu insanların xoşuna gələn şəkildə edirik. “Real” heç vaxt bunu bacarmayacaq”, – Pike deyib.
Xatırladaq ki, İspaniya çempionatının 28 turundan sonra “Barselona” 61 xal toplayıb və hazırda üçüncü pillədə qərarlaşıb. Öz növbəsində, La Liqada 29 oyundan sonra “Real” 72 xal toplayıb və birinci pillədədir.
Pike 2008-2023-cü illərdə “Barselona”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 616 matçda iştirak edib, 53 qol vurub, 13 məhsuldar ötürmə edib.
Aut.az
