La Liqa icazə verdi, müqavilə də razılaşdırıldı: Messi ilə bağlı şok faktı açıqladı
“Barselona”nın prezidenti Joan Laporta etiraf edib ki, klub bu yay hücumçu Lionel Messini transfer edə bilərmiş.
“La Liqadan Leo ilə müqavilə imzalamaq üçün icazə aldıq. Amma keçən dəfə baş verənləri istəmədik və onlara dedik ki, maliyyə feyr-pleyini nizama salacağımız halda, onlara xəbər verəcəyik.
Müqavilə razılaşdırıldı, amma Xorxe (Messinin atası və agenti) yanıma gəldi və dedi ki, Leo “İnter Mayami”yə getməyə qərar verdi. Çünki o, Parisdə çox çətin mövsümlər keçirdi və orada ona təzyiq oldu.
Dedi ki, Messi Mayamidə sakit olacaq, milli komanda haqqında düşünə biləcək. Bildirdi ki, Leo “Barselona”ya gəlmək istəməsinə baxmayaraq, daha bir il təzyiq altında oynamaq istəmir. Biz onun bu seçiminə hörmətlə yanaşdıq. İndi əsas işimiz onun üçün layiqli vida təşkil etməkdir”, – Laporta deyib.
Aut.az
