Onu ərəblərə sırımaq istəyirlər
“Çelsi”nin hücumçusu Pier-Emerik Obameyanq klubu tərk edə bilər.
Aut.az xəbər verir ki, klub qabonlu hücumçunun Səudiyyə Ərəbistanına satılmasını istəyir. Bununla bağlı bir sıra cəhdlər və təklfilər edilsə də, transferlə bağlı yekun razılaşma yoxdur.
Qeyd edək ki, Obameyanq “Çelsi”yə ötən ilin yayında “Barselona”dan 12 milyon avroya trasnfer olunub. “Zadəganlar”ın heyətində 21 oyun keçirən 34 yaşlı forvardın aktivində 3 qol və 1 məhsuldar ötürmə var.
