Haaland bu tarixdə qayıdacaq: Qvardiola açıqladı
Erlinq Haalandın zədə səbəbindən 5-7 həftə meydana çıxmayacağı bəlli olub.
Aut.az xəbər verir ki, bu barədə “Siti”nin baş məşqçisi Pep Qvardiola məlumat verib.
“Mançester Siti”nin 24 yaşlı forvardı İngiltərə Kubokunun 1/4 finalında “Bornmut”la matçda (2:1) sol topuq nahiyəsindən zədələnib.
Norveçlinin mövsümün qalan hissəsini buraxacağı gözlənilirdi, lakin iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatına hazır olacaq.
“Bəzən belə halların olduğu mövsümlər olur. Bu cür zədələrlə bütün mövsüm ərzində rastlaşdıq. Hər şey fərqli ola bilərdi. Mən bu mövsüm zədə alan oyunçularıma görə təəssüflənirəm. Erlinqə müvəffəqiyyətlə sağalmasını və tezliklə meydana qayıtmasını arzulayıram”, – Qvardiola deyib.
Aut.az
