“Çelsi”ni tərk etməyə hazırlaşır? – Bu klublara təklif olundu
“Çelsi”nin müdafiəçisi və kapitanı Ris Ceyms klubunu dəyişə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Football Transfers” məlumat yayıb.
24 yaşlı futbolçunun agenti Ceymsin xidmətini “Barselona” və “Benfika”ya təklif edib. Hadisələrin bu cür inkişafında oyunçunun razılığı olduğu qeyd edilir. Əzələ zədələrindən əziyyət çəkən müdafiəçi potensial zədə problemlərindən qaçmaq üçün daha isti iqlimə keçməyə hazırdır.
Ceyms “Çelsi”də olduğu müddətdə klubda 158 matç keçirib və zədə səbəbindən 129 matçı buraxıb.
Aut.az
