Almaniya

“Bavariya” təsdiqlədi: Ulduzlarla müqavilə uzadılır

“Bavariya”nın baş direktoru Kristof Freund Camal Musiala və Coşua Kimmixlə yeni müqavilə imzalanacağını açıqlayıb.

Aut.az xəbər verir ki, onun sözlərini futbol insayderi Fabritsio Romano sitat gətirib.

“Əlbəttə, bunlar komandamız üçün əsas oyunçulardır. Biz onlarla danışıqlar aparırıq və bu iki futbolçu üçün şəraiti yaxşılaşdırmağa hazırıq.

“Bavariya” üçün əsas odur ki, futbolçularını saxlasın. Komandadakı hər kəsə dəyər veririk.

Tezliklə yeni müqavilələr elan olunacaq”, – Freund bildirib.

21 yaşlı almaniyalı yarımmüdafiəçi Camal Musiala bu mövsüm 10 oyun keçirib və 6 qol vurub.

29 yaşlı alman müdafiəçi Coşua Kimmix yeni mövsümdə 12 matçda meydana çıxıb.

Aut.az