İngiltərə nəhəngləri onun üçün yarışacaq
“Ayntraxt”ın hücumçusu Ömər Marmuş İngiltərə Premyer Liqasının daha bir top-klubunun transfer hədəfinə çevrilib.
Aut.az xəbər verir ki, misirli futbolçu karyerasını “Mançester Yunayted” də davam etdirə bilər. Bu barədə “Sky Sport” məlumat yayıb.
Mənbə qeyd edir ki, “Ayntraxt”ın Marmuş üçün 50-60 milyon avro tələb edəcəyi gözlənilir.
25 yaşlı forvardın transferində maraqlı olan əsas kublardan biri “qırmızı şeytanlar”ın əzəli rəqibi “Liverpul”dur. “Qırmızılar” Öməri Məhəmməd Salahın əvəzedicisi kimi görür.
Qeyd edək ki, “Transfermarkt”, Marmuşun bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm o, Bundesliqada 11 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.
Aut.az
