“Bavariya”nın yay transfer hədəfi də bəllidir
“Bavariya” Dortmund “Borussiya”sının 20 yaşlı vingeri Ceymi Gittensi transfer etməyi planlaşdırır.
Aut.az xəbər verir ki, ingilis futbolçu Münhen klubunun yay transfer pəncərəsində prioritet hədəfidir. Gənc forvardı İngiltərənin aparıcı klubları da izləyir.
Jurnalist Florian Plettenberq xəbər verir ki, “Bavariya” rəsmiləri artıq Ceymi Gittensin agentləri ilə ilkin danışıqlar aparıblar. Futbolçunun klub dəyişdirmək qərarına “Borussiya”nın çempionatdakı nəticəsi təsir edə bilər. Komanda onuncu yerdədir və növbəti mövsüm Çempionlar Liqasına düşməmək riski var.
Ceymi Gittens bu mövsüm 25 oyun keçirib. 11 qol vurub, 5 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı İngiltərə gənclər komandasının oyunçusunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.
Aut.az
