Onu gətirənlərin qovulmasından danışdı: Siyasi problemimiz var
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel klubun idarə heyətinin sədri Oliver Kan və idman direktoru Həsən Salihamiciçin qovulmalarına münasibət bildirib.
“Həsən və Oliver təxminən 8 həftə əvvəl mənə zəng etdilər, danışdılar və məni bura gəlməyə inandırdılar. Mən də köməkçilərimi razı saldım.
O ikisi bizim bu səyahətə çıxmağımızda mühüm rol oynadı. Ona görə də əvvəlcə bu barədə düşünməliyəm. Dünəndən bəri həll yolunu bilirəm. Bayram etmək əvəzinə, siyasi problemimizlə məşğuluq. Çox şey baş verir və biz bunu həzm etməliyik. Bu titula klubda kölgə salan siyasi problemimiz var. Ancaq etiraf edim ki, bu, xoşbəxt ola biləcəyimiz bir mövsüm deyildi”, – deyə “Bayern & Germany” Tuxeldən sitat gətirib.
Aut.az
