SON DƏQİQƏ: Xabi Alonso “Qarabağ”ın rəqibinin baş məşqçisi olacaq?
Bir müddət əvvəl “Real”ın baş məşqçi postunu tərk edən ispan mütəxəssis Xabi Alonso Almaniya Bundesliqasına qayıda bilər.
Aut.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “Ayntraxt” klubunun rəhbərliyi Alonsonun xidmətində maraqlıdır. Klubun idman direktoru Matiyas Kretşe baş məşqçi Dino Toppmöllerin bu gün baş tutan ayrılığından sonra ispan mütəxəssis ilə danışıqlar aparmağı planlaşdırır.
Xatırladaq ki, Xabi Alonso Almaniya Bundesliqasında işləmək təcrübəsinə malikdir. O, üç il ərzində Leverkuzen “Bayer”inə rəhbərlik edib və onun rəhbərliyi altında “əczaçılar” Almaniya çempionu olublar. Alonso “Real”da son altı ay ərzində çalışıb.
Qeyd edək ki, “Antraxt” klubu növbəti oyununu iyulun 21-də Çempionlar Liqasının 7-ci turu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcək.
Aut.az
