Yeni idman direktoru vəd verdi: Onunla söhbət olacaq
“Bavariya”nın yeni idman direktoru Maks Eberl komandanın yarımmüdafiəçisi Coşua Kimmixin müqaviləsi ilə bağlı mövcud vəziyyəti şərh edib.
Aut.az xəbər verir ki, Eberl onunla müqavilənin uzadılacağının vəd edib.
“Coşua ilə müqavilənin uzadılması ilə bağlı söhbət hələ baş tutmayıb, lakin olacaq. O, “Bavariya” üçün çox vacib və layiqli oyunçudur.
Hər şey yeni baş məşqçinin fikrindən asılı olacaq. Coşua müdafiənin sağ cinahında əla görünür, komandaya əhəmiyyətli köməklik göstərir. Bununla belə o, mərkəzi yarımmüdafiəçisi kimi də yaxşı oynayır”, – jurnalist Florian Plettenberq “X” sosial şəbəkəsində Eberldən sitat gətirib.
Kimmix 2015-ci ildən “Bavariya”da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi Münhen təmsilçisində bütün turnirlərdə 28 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 75 milyon avrodur.
Aut.az
