Almaniya

Almanlar yeni Bundesliqa yaratdı

Almaniyada gənclər üçün ayrıca çempionat – Bundesliga U-21 yaradılması qərara alınıb.

Aut.az xəbər verir ki ,Bu turnir 2026/2027 mövsümündən etibarən start götürəcək.

Yeni liqada Almaniya futbolunun ilk iki divizionunda çıxış edən klublar istədikləri halda dubl komandalarını iştirak üçün təqdim edə biləcəklər.

Bu kollektivlərdə əsasən 17–21 yaş aralığında olan futbolçular oynayacaq.