İtaliyaAlmaniya

İtaliyanın iki nəhəngi “Borussiya”nın əfsanəsinə göz dikib

İtaliyanın iki top klubu – “Roma” və “Milan” Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Mats Hummelslə maraqlanır.

Aut.az xəbər verir ki,  bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Hummelsin “Borussiya” ilə müqaviləsi bu ilin iyunun sonunda başa çatır və hələ də yenilənməyib. “Roma” və “Milan” 35 yaşlı alman veteranı azad agent kimi transfer etməklə bundan yararlanmaq istəyir.

Hummels daha əvvəl MLS-ə keçmək fikrində olmadığını açıqlamışdı . Bu mövsüm veteran bütün turnirlərdə “Borussiya” üçün 40 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az