İspaniyaİtaliya

“Roma” La Liqanın bombardirinə görə bu qədər ödəyəcək

“Roma”nın Artyom Dovbikin transferi üçün nə qədər ödəyəcəyi məlum olub.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat verib. O bildirib ki, “Jirona” və “Roma” arasında danışıqlar son mərhələdədir. Ukraynalı hücumçu İtaliya klubuna 32-33 milyon avro sabit məbləğdə keçəcək və 5-6 milyon bonus olaraq ödəniləcək.

Dovbikin İtaliya klubu ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. Əmək haqqı bonuslar nəzərə alınmadan ildə 3 milyon avro olacaq.

Qeyd edək ki, Dovbik ötən mövsüm La Liqanın bombardirir olub.

Aut.az