La Liqanın bombardiri bu klubda oynamaq istəyir
“Jirona”nın 26 yaşlı ukraynalı hücumçusu Artyom Dovbiklə bir sıra məşhur klublarla maraqlanır.
Aut.az xəbər verir ki, La Liqanın bombardirinin adı hazırda ən çox “Atletiko Madrid”lə əlaqələndirilir.
Jurnalist Xesus Kolinonun sözlərinə görə, Artyom üçün prioritet La Liqada qalmaqdır. Qeyd edilir ki, Dovbik “Atletiko”ya keçməyə tamamilə açıqdır, bu variantı bəyənir.
2023/24 La Liqa mövsümündə Artyom Dovbik “Jirona”nın heyətində 36 oyun keçirib və 24 qol vurub, bu da ona çempionatın bombardiri olmağa imkan verib.
Aut.az
