Qumar oynamaq üçün borc alıb? – Morata danışdı
Alvaro Morata, Nikolo Facioli ilə bağlı mərc qalmaqalında adının hallannamsına münasibət bildirib.
Aut.az xəbər verir ki, Morata bütün iddiaları rədd edib.
Daha əvvəl “La Gazzetta dello Sport” xəbər vermişdi ki, Morata “Yuventus”da oynayarkən qanunsuz platformada oynaya bilməsi üçün Faciolidən borc pul alıb. Pulköçürmə sxemi Milanda zərgərlik mağazasını əhatə edib.
“Mən haqqımda deyilənləri görmüşəm və bunu aydınlaşdırmaq istəyirəm: Facioliyə bu illər ərzində yalnız bir dost və çoxlu təcrübəyə malik bir insan kimi karyera məsləhətləri verməklə kömək etmişəm.
Onun problemləri haqqında heç eşitməmişəm. Mən Nikolo üçün narahatam və ümid edirəm ki, o, tezliklə hər şeyi yoluna qoyacaq, amma mənim bununla heç bir əlaqəm yoxdur – xahiş edirəm, saxta xəbərlər və yalanlar yaymayın.
Açıq deyim: bütün ittihamları rədd edirəm, çünki onlar yalandır”, – Morata sosial şəbəkədə yazıb.
Facioli 2023-cü ilin oktyabrında futbol matçlarına mərc oynadığı üçün 7 ay müddətinə futboldan uzaqlaşdırılıb.
“Fiorentina”nın futbolçusu qanunsuz bukmeker kontorlarına 3 milyon avroya yaxın borcu olduğunu bildirib. Müstəntiqlərin fikrincə, o, mərc borclarını ödəmək üçün komanda yoldaşları da daxil olmaqla 31 futbolçudan yüz minlərlə avro borc alıb.
Aut.az
