Dünya futbolu

Hakim futbolçuya yardım edən fizioterapevtə qırmızı vərəqə göstərdi – VİDEO

Norveç çempionatının yüksək divizionunda “Sarpsborq” – “Brann” (1:1) matçında qeyri-adi epizod baş verib.

Aut.az xəbər verir ki, matçın bitməsinə 5 dəqiqə qalmış “Sarpsborq”un futbolçusunun ayağında əzələ dartılması yaranıb və nəticədə futbolçu qazonda uzanıb.

Komandanın fizioterapevti Joao Ferreyra ona yardım etmək üçün meydançaya qaçıb və hakimin icazəsini gözləmədiyi üçün sarı vərəqə alıb.

Ferreyra hakimə nəsə qışqırıb və sürətini azaltmadan yoluna davam edib. Amma bu zaman hakim ona ikinci sarını və ardınca qırmızı vərəqəni göstərib.

Aut.az