Almaniya

Avropanın yeganə məğlubedilməz komandası hansıdır?

“Bayer Leverkuzen” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir.

Aut.az xəbər verir ki. “aspirinlər” Avropanın “top-5” liqalarında məğlub olmayan yeganə klub olaraq qalıb. Bu mövsüm bütün turnirlərdə Xabi Alonsonun yetirmələrinə batan komanda tapılmayıb.

Həftə sonu “Nitsa” Liqa 1-də “Nant”a uduzub – 0:1. Beləliklə, “Bayer” bu göstəricidə yeganə komanda olaraq yoluna davam edəcək.

“Bayer” bütün turnirlərdə (Bundesliqa, Almaniya Kuboku və Avropa Liqası) məğlubiyyətsiz 21 matç keçirib.