Dünya futbolu

Ronaldinyo onun “Qızl top”u almasını istəyir – Amma bu komandada

PSJ-nin sabiq yarımmüdafiəçisi Ronaldinyo Fransa yığmasının hücumçusu Kilian Mbappenin “Qızıl top” uğrunda mübarizədə perspektivlərindən danışıb.

“Mbappe kimi böyük oyunçu istənilən komandada “Qızıl top”u qazanmaq imkanı əldə edəcək. Amma mən PSJ-də oynamışam və bu komandanı sevirəm, ona görə də Kilianın Fransa klubunda bunu etməsini istəyirəm.

Ümid edirəm bir gün o, “Qızıl top”u qazanar. Kilian mənim yaxşı dostum və əla oyunçudur. Onun oyun tərzini bəyənirəm”, – deyə RMC Sport Ronaldinyodan sitat gətirib.

Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 18 oyun keçirib, 18 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 180 milyon avrodur.

Daha əvvəl Mbappe ilə “Real”ın maraqlandığı bildirilirdi.

Aut.az