PSJ-nin sabiq baş məşqçisi bu ölkənin millisini qəbul edəcək?
PSJ-nin hazırkı çalışdırıcısı Kristof Qaltye tezliklə Qətər millisinin yeni baş məşqçisi ola bilər.
Aut.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Qətər Futbol Federasiyası hazırkı baş məşqçi Luis Qarsiyanın (Ərəb Körfəzi Kubokunda 2 heç-heçə və 1 məğlubiyyət) rəhbərliyi altında millinin çıxışından narazıdır və əvəzedici axtarır. Prioritet variant Qaltyedir.
58 yaşlı fransalı mütəxəssis 2023-cü ilin oktyabrından Qətərin “Əl-Duhail” klubuna rəhbərlik edir. Komanda hazırda ölkə çempionatında turnir cədvəlində ikincidir.
Qaltye Qətər millisinə rəhbərlik etməyə razılaşarsa, onu “Əl-Duhail”in baş məşqçisi postunda 2024-cü ilin yanvarında vəzifəsini tərk edən Əlcəzair millisinin sabiq baş məşqçisi Camel Belmadi əvəz edəcək.
Aut.az
