19 yaşlı İbrahim “Bayer”də
Əlcəzair millisinin yarımmüdafiəçisi İbrahimə Maza “Herta”dan “Bayer”ə keçib.
Aut.az Leverkuzen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2030-cu ilə qədər müqavilə imzalanıb.
Maza ikinci Bundesliqanın cari mövsümündə “Herta”nın heyətində 32 oyun keçirib. Onun hesabında yeddi qol və beş məhsuldar ötürmə var. Bildirilib ki, bu transfer “Bayer”ə 12 milyon avroya başa gələ bilər. “Herta” akademiyasının 19 yaşlı yetirməsi qışda “Milan” və “Portu”da gələn təklifləri geri çevirərək Almaniyada qalmağa üstünlük verdi.
Aut.az
