Yeni çempion özünə bu ləqəbi verdi
Rusiyalı döyüşçü, yarım ağır çəkidə yeni UFC çempionu Maqomed Ankalayev özünə döyüş ləqəbi verib.
Aut.az xəbər verir ki, martın 9-da Ankalayev yekdil qərarla braziliyalı Aleks Pereyraya qalib gələrək çempionluq kəmərini ələ keçirib.
“Mənim rəsmi adım indi Məhəmməd “Böyük Ank”dır”, – rusiyalı sosial şəbəkədə yazıb.
Maqomed Ankalayev 23 MMA döyüşü keçirib və onlardan 21-də qalib gəlib.
Aut.az
