Qardaşı Həbib barədə paylaşım etdi: Etdiklərini çox az adam edə bilər
Böyük çəki dərəcəsində (61 kq-a qədər) ən yaxşı və məğlub olmayan UFC döyüşçüsü olan Umar Nurməhəmmədov UFC Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədov barədə paylaşım edib.
Aut.az xəbər verir ki, o, qardaşının yaxın ailəsi və dostlarına verdiyi güclü dəstəkdən danışıb:
“Həbibin sevdikləri üçün etdiklərini çox az adam edə bilər. O, bizim üçün çoxlu qurbanlar verdi. Allah səndən razı olsun, böyük qardaş”.
Aut.az
