Tramp onu validenyləri ilə birlikdə qəbul etdi – FOTO
ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki Oval kabinetdə UFC-nin yüngül çəkidə hazırkı çempionu Castin Qeyci və onun valideynlərini qəbul edib.
Aut.az xəbər verir ki, iyunun 15-də Ağ Evdə keçirilən UFC Freedom 250 turnirində Castin Qeyci İliya Topuriyanı texniki nokautla məğlub edərək yüngül çəkidə çempion tituluna yiyələnmişdi.
Donald Tramp görüşdən sonra sosial şəbəkə hesabında paylaşım edərək bunları yazıb:
“Castin Qeyci valideynləri ilə birlikdə Böyük qələbəsini qeyd etmək üçün Oval kabinetə gəldi. Bu, televiziya tarixində ən yüksək reytinq toplayan döyüşlərdən biri idi və necə möhtəşəm qarşılaşma oldu! Çempionu qəbul etmək böyük şərəfdir. O, bundan əvvəl məğlubiyyət üzü görməmiş həqiqətən böyük bir döyüşçünü məğlub etdi”.

