Məğlubedilməz gürcü növbəti döyüşündən danışdı
Hazırkı UFC çempionu İlia Topuria növbəti döyüşü barədə açıqlama verib.
Aut.az xəbər verir ki, məğlubedilməz döyüşçünün sözlərinə görə, (15-0) o, növbəti dəfə oktaqona sentyabrın 14-də baş tutacaq UFC-306 çərçivəsində qayıda bilər.
“Avqust, sentyabr və oktyabrda döyüşməyə də. öldürməyə də hazır olacam. Ola bilsin ki, UFC məni UFC-306-da “Sferada Arenada” baş layner kimi göstərəcək”, – deyə Topuria bildirib.
Qeyd edək ki, İspaniyanı təmsilç edən gürcü döyüşçü son olaraq UFC-298 çərçivəsində Aleksandr Volkanovskini (26-4) nokaut edib və yeni yüngül çəki çempionu olub.
Aut.az
