Qaydasız döyüş

Bakıda qalib gələn Taqir Həbibin atası ilə FOTOsunu paylaşdı

Rusiyalı UFC döyüşçüsü Taqir Ulanbekov Bakıda keçirilən turnirdə qalib gəldikdən sonra sosial şəbəkədə paylaşım edib.

Aut.az xəbər verir ki, rusiyalının rəqibi Qazaxıstan təmsilçisi Azat Maksum olub. Döyüş hakimlərin yekdil qərarı ilə Ulanbekovun qələbəsi ilə başa çatıb (29-28, 30-27, 30-27).

Ulanbekovun köməkçiləri Həbib Nurməhəmmədov və İslam Maxaçev olub.

Döyüşdən sonra Ulanbekov Həbibin atası Abdulmanapla fotosunu dərc edib.

“Bu masada oturanda daha xoşbəxt idim. Hər şey üçün təşəkkür edirəm, məşqçi ❤️” yazıb.

Bakıda qalib gələn Taqir Həbibin atası ilə FOTOsunu paylaşdı

Aut.az