Qrizmann “Atletiko”nu tərk edir: Bu ölkəni seçdi
“Atletiko”nun hücumçusu Antuan Qrizmann Madrid klubunda son mövsümünü keçirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “todofichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 33 yaşlı futbolçu karyerasını MLS-də davam etdirmək variantını ciddi şəkildə nəzərdən keçirir. “Matraslar” futbolçunun gedişinə mane olmayacaq.
2024/25 mövsümündə Antuan Qrizmann klub səviyyəsində 5 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı 2018-ci il dünya çempionunun dəyərini 25 milyon avro qiymətləndirib.
Aut.az
