Azərbaycan futbolu

“Şahdağ Qusar” və “Hypers Quba”dan qələbə

Futbol üzrə Azərbaycan II Liqasında III turun oyunları davam edir.

Aut.az xəbər verir ki, bu gün baş tutan qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

“Ağdaş” – “Saatlı-Araz” 0:1
Qol:
 Elariz Xəlilli, 78
Qırmızı vərəqə: Vasif Nəsirov, 34 (“Ağdaş”)

“Şahdağ Qusar” – “Şimal” 2:1
Qollar: 
Tural Qurbatov, 38, Ədilxan Qarəhmədov, 80 (pen) – Pirverdi Seyidov, 20

“Hypers Quba” – “Lerik” 6:0
Qollar: 
Cavid İmamverdiyev, 11, 73, Nurlan Novruzov, 40, 63, Ramil Əhmədov, 42, Nail Təhməzli, 80