Qaydasız döyüş

Makreqorun dostu dağıstanlıları təhqir etdi: Zibildirlər

İrlandiyalı UFC ulduzu Konor Makqreqorla dostluğu ilə tanınan amerikalı döyüşçü Dillon Danis İslam Mahaçova qarşı döyüşmək istəyindən danışıb.

Bundan əvvəl UFC noyabrın 16-da Nyu-Yorkda (ABŞ) UFC 322-də Mahaçev və avstraliyalı Cek Della Maddalena arasında titul uğrunda döyüş keçiriləcəyini elan etmişdi.

Aut.az xəbər verir ki, Danis İslamı və dağıstanlı döyüşçüləri təhqir edib.

“İslamla döyüşmək istəyirəm. Mahaçov lap pisdir, onu asanlıqla döyərdim – o, heç vaxt mənim səviyyəmdə olan döyüşçü ilə qarşılaşmayıb. 7 il əvvəl arxadan başımın arxasına vuranda başlayan işi bitirmək istəyirəm. İntiqam istəyirəm.

İslam zibildir, dağıstanlılar hamısı zibildir. Bəlkə Mahaçovun döyüşünə (Maddalenaya qarşı) gəlib qisas almaq üçün qəfəsə tullanacam. Qeyd etmək lazımdır ki, UFC mənə qarşı çox sərtdir. Turnirlərə gələndə ətrafımda ən azı yeddi mühafizəçi olur”, – Denis “Bloody Elbow”a müsahibəsində deyib.

2018-ci ildə İslam Mahaçev və Dillon Danis Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında UFC titul döyüşündən sonra dalaşıblar.

Aut.az